Bakı. Trend:
"Qızıl top-2024"ün qalibi Rodriyə yeni müqavilə təklif olunacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Mançester Siti" ispaniyalı yarımmüdafiəçi ilə müqavilə müddətini artırmağı planlaşdırıb. 28 yaşlı futbolçunun klubla hazırki müqaviləsi 2027-ci ilin yayında bitəcək. "Şəhərlilər" bu müddətin 2 il uzadılmasını arzulayırlar.
Qeyd edək ki, zədə üzündən Rodri mövsümün sonuna kimi meydana çıxmayacaq.