Bakı. Trend:
ABŞ prezidenti Co Bayden İrana qarşı tətbiq edilən fövqəladə vəziyyət rejiminin bir il müddətinə uzadılmasına qərar verib, bununla da İrana qarşı birtərəfli sanksiyalar nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilib.
Co Baydenin qeyd edib ki, “[ABŞ] İranla münasibətləri hələ də normallaşdırılmayıb” və “19 yanvar 1981-ci il tarixli [ikitərəfli] razılaşmaların icrası prosesi davam edir”. Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini təsbit edib.
"Bu səbəbdən 1979-cu il noyabrın 14-də elan edilən milli fövqəladə vəziyyət, eləcə də bu fövqəladə vəziyyətə qarşı mübarizə üçün həmin dövrdə tətbiq edilmiş tədbirlər 2024-cü il noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır", - deyə qeyd edilib. "İranla bağlı milli fövqəladə vəziyyətin müddətini bir il uzadıram", - deyə ABŞ prezidenti əlavə edib.