...

Görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib - ADY rəsmisi

Cəmiyyət Materials 1 Noyabr 2024 14:39 (UTC +04:00)
Görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib - ADY rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dəmiryollarının Kommunikasiya Departamentinin rəhbəri Aybəniz İsmayılova COP29 tədbirinə hazırlıq çərçivəsində Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağına təşkil olunmuş mediatur zamanı deyib.

O, Azərbaycan Dəmir Yollarının 2023-cü ili əhatə edən dayanıqlıq hesabatını dərc etdiyini və bunun ictimai nəqliyyat üzrə Azərbaycanda ilk dayanıqlıq hesabatı olduğunu bildirib:

"Azərbaycan Dəmir Yolları, ümumiyyətlə dayanıqlığı özünə bir dəyər olaraq qəbul edib. Bu çərçivədə ətraf mühitin mühafizəsi üçün bütün məsuliyyətini qəbul edir. Bu yöndə işləri davam etdirir".

"Nəqliyyatda inklüzivlik tədbirlərinin görülməsi ilə bağlı da kifayət qədər geniş işlər görülür. Belə ki, görmə, fiziki məhdudiyyəti olan sərnişinlərimiz üçün COP29 çərçivəsində marşrut boyu xeyli işlər görülüb. Bunlardan biri taktil döşəmələrinin yenilənməsi ilə əlaqədardır. Bundan başqa, liftlərimizin, eskalatorların plandankənar olan texniki baxışlarının keçirilməsidir. Bu istiqamətdə biz bütün işlərə məsuliyyətlə yanaşırıq. Çalışırıq ki, sərnişinlər üçün, xüsusilə inklüziv cəmiyyət qurmaq üçün bütün xidmətləri təqdim edək", - deyə A. İsmayılova qeyd edib.

Xəbər lenti

Xəbər lenti