...

31 il əvvəl itkin düşmüş Ağdam sakini dəfn edilib (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2024 14:47 (UTC +04:00)
31 il əvvəl itkin düşmüş Ağdam sakini dəfn edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki şəhid Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Trend-in bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla anıblar daha sonra Azərbaycan Respublikasının Himni səsləndirilib.

Vida mərasimindən sonra Cahangir Səfərovun nəşi yaylım atəşi altında torpağa tapşırılıb.

Qeyd edək ki, Səfərov Cahangir Səfəralı oğlu 1942-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1993-cü il iyunun 12-də Ermənistan silahlı bölmələri tərəfindın Yusifcanlı kəndinin birinci dəfə işğalı zamanı itkin düşüb. Onun nəşinin qalıqları Xankəndi şəhəri ərazisində aşkar edilib.

Xəbər lenti

Xəbər lenti