Bakı. Trend:
Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.
Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.
Qəza nəticəsində 8 nəfərin həlak olduğu, 2 nəfərin isə dağıntılar altından sağ çıxarıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.