Bakı. Trend:
Günəşdə dörd güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, cəmi bir gecə ərzində Günəşdə dörd böyük partlayış baş verib ki, onlardan biri ən yüksək səviyyəyə çatıb. Bu partlayış 15 dəqiqə davam edib.