...

Milli Məclisdə yeni şöbənin yaradılması təklif edilib

Cəmiyyət Materials 1 Noyabr 2024 13:12 (UTC +04:00)
Milli Məclisdə yeni şöbənin yaradılması təklif edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədr müavini Rafael Hüseynov parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib.

Trend xəbər verir ki, o, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər:

“Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.

Milli Məclisin sədri Sahibə Qafarova da deputatın sözləri ilə razılaşdığını söyləyib:

“Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.

Xəbər lenti

Xəbər lenti