...

İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri başlayıb (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2024 17:54 (UTC +04:00)
İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri başlayıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri təşkil edilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, turnir 44 günlük Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunub.

İdman tədbirinin açılışında Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra TADEF sədri Adalet Turan və müşaviri Pərviz Məmmədzadə çıxış edərək turnirin keçirilməsində əsas məqsədin tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda yetişməsi olduğunu bildiriblər.

Futbol turnirinə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.

İlk görüş "Xankəndi" və "Füzuli" komandaları arasında baş tutub.

Turnirin final oyunu 8 Noyabr - Zəfər Günündə keçiriləcək.

Qalib komanda TADEF tərəfindən turnirin kuboku ilə mükaflandırılacaq. Digər komandalara isə sertifikat təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti