Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində Fətullahçı Terror Təşkilatının (FETÖ) hərbi və hüquq-mühafizə orqanlarındakı strukturuna qarşı həyata keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
“İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-nün hüquq-mühafizə və hərbi strukturlarında yer alan 12 şübhəli üçün həbs qərarı verilib”, - məlumatda bildirilir.
Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının 15 ayrı ünvanda təşkil etdiyi əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb, 1 şübhəlinin tutulması üzrə işlər aparılır.