...

AMB-nin sədri qurumun İdarə Heyətində ediləcək dəyişikliklərə münasibət bildirib

İqtisadiyyat Materials 1 Noyabr 2024 12:35 (UTC +04:00)
AMB-nin sədri qurumun İdarə Heyətində ediləcək dəyişikliklərə münasibət bildirib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının strategiyası çərçivəsində qarşımıza qoyulan hədəflərə nail olmaq üçün İdarə Heyətinə yeni üzvlər təyin ediləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin müzakirəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti artıq 2 ildən çoxdur ki, 3 üzvdən ibarət məhdud tərkibdə fəaliyyət göstərir. 2024-cü ilin əvvəlində elan etdiyimiz strategiyanın həyata keçirilməsi 3 nəfər üçün çətin olacaq. Qarşımızda qoyulan hədəflərə nail olmaq üçün İdarə Heyətinə yeni üzvlər təyin edilir”, — o vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Belə ki, Toğrul Əliyev, Gülər Paşayeva, Əli Əhmədov və Vüsal Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.

Eyni zamanda, Rəşad Orucovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması təklif edilir.

Xəbər lenti

Xəbər lenti