...

Azərbaycan bütün qarayaxma kampaniyalarına layiqli cavab verir - RƏY

Siyasət Materials 1 Noyabr 2024 13:08 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda COP29 konfransının başlanmasına 10 gün qalıb. Bildiyiniz kimi, konfransda 190 ölkədən nümayəndələr iştirak edəcək. COP29-un keçirilməsi yaxınlaşdıqca xaricdən anti-Azərbaycan ünsürlər ölkəmizə qarşı qarayaxma kampaniyasını daha da intensivləşdiriblər.

Bunu Trend-ə siyasi şərhçi Elşad Həsənov deyib.

O bildirib ki, bu qarayaxma kampaniyalarından biri də Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamədir.

“Azərbaycan bütün bu qarayaxma kampaniyalarına layiqli cavab verir və bundan sonra da verəcək. COP29 dünyamız, bəşəriyyətimiz üçün çox vacib bir tədbirdir və bu konfransı boykot etmək istəyənlər insanlığın, bəşəriyyətin gələcəyinə balta qurmaq istəyən qüvvələrdir. Bu konfransın Azərbaycanda keçirilməsini dünyanın 190-dan artıq ölkəsi təsdiq etdi.

Bu konfransı hər ölkə keçirə bilmir, çünki bu cür böyük masştablı konfransı keçirmək üçün həmin ölkələrin imkanları, o cümlədən, iqtisadi imkanları, infrastrukturu olmalıdır, gələn qonaqların yerləşdirilməsi üçün şərait olmalıdır.

Azərbaycan bütün bu imkanlara malikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsini nəzərə alaraq, COP29-un ölkəmizdə keçirilməsinə qərar verildi. Ona görə də hesab edirəm ki, biz qara qüvvələrin acığına COP29-u daha yüksək səviyyədə keçirəcəyik”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti