Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü 2024-cü il noyabrın 6-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.
Trend TDT-nin rəsmi saytına istinadən xəbər verir ki, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi edəcəyi Sammitdə TDT Dövlət Başçıları iştirak edəcək.
Qeyd edək ki, "Türk dünyasının möhkəmlənməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və təhlükəsizlik" devizi altında keçiriləcək Zirvə Görüşü təşkilatın gündəliyinin yüksək səviyyədə müzakirəsi üçün mühüm platforma olacaq.
Liderlər əsas məsələlər üzrə qərarlar qəbul edəcək, sazişlər imzalayacaq və iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində TDT layihələri ilə bağlı rəsmi sənədləri təsdiq edəcəklər.