Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi növbəti əməliyyatı nəticəsində 15 terrorçu məhv edilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində malumat paylaşılıb.
“Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında yerləşən “Fırat qalxanı” və “Barış pınarı” əməliyyat bölgələrində müəyyən etdiyi 11 PKK/YPG terrorçusu və İraqın şimalındakı "Pençe-Kilid" əməliyyat bölgəsində aşkar edilən 4 PKK terrorçusunu zərərsizləşdirilib”, - açıqlamada bildirilib
Bölgədə terrorla mübarizənin hər cür hava və ərazi şəraitində fasiləsiz davam edəcəyi vurğulanıb.