...

Almaniyalı diplomat İran XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 1 Noyabr 2024 14:17 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın İrandakı müvəqqəti işlər vəkili AFR hakimiyyətinin ölkədəki hər üç İran konsulluğunu bağlamaq qərarı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend IRNA agentliyinə istinadən xəbər verir ki, XİN-in sözçüsü Almaniya hökumətinin İran konsulluqlarını bağlamaq qərarını əsassız addım adlandırıb.

O əlavə edib ki, İranın Frankfurt, Hamburq və Münxendəki konsulluqlarının əsas funksiyası Almaniyada yaşayan iranlılara lazımi konsulluq xidmətləri göstərmək, onların maraqlarını dəstəkləməkdir. Buna görə də Berlinin qərarı Almaniyadakı iranlılar üçün lüzumsuz problemlər yaradır və onların əsas hüquqlarını pozur.

İran-Almaniya vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq oktyabrın 31-də rəsmi Berlin Almaniyadakı hər üç İran konsulluğunu bağlamaq qərarına gəlib.

Beləliklə, İranın Almaniyada səfirlikdən başqa heç diplomatik nümayəndəliyi olmayacaq.

Xəbər lenti

Xəbər lenti