Bakı. Trend:
Bakı Dəmiryol Vağzalında turniket, gözləmə zalının ərazisi genişləndirilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağına təşkil olunmuş mediatur zamanı deyib.
"Bakı Dəmiryol Vağzalında turniket, gözləmə zalının ərazisi genişləndirilib. Əlavə turniketlər quraşdırılıb.
Beləliklə, turniket sayı 28-dən 36-ya çatdırılıb. Bu, nəticədə sərnişinlərin turniketlərdən keçmə vaxtını azaldacaq", - deyə o bildirib.