Bakı. Trend:
Tacikistanda cadugərlik və falçılıqla məşğul olan 1500 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Tacikistan hökumətinin rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, məhbuslara hansı cəzalar tətbiq olunacağı bildirilməyib. Həbslər dövlət başçısı Emoməli Rəhmonun müvafiq əmrinə əsasən həyata keçirilib.
Qeyd olunub ki, 5000-dən çox molla fanatizmə görə daxili işlər orqanlarında qeydiyyata alınıb.