Bakı. Trend:
İsrail ordusu komandanlığının iki komandirləri Livanın cənubunda avtomobillərinin aşması nəticəsində qəzaya düşüblər.
Trend-in məlumatına görə, bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti xəbər verib.
Məlumata əsasən, hər iki komandir yüngül xəsarətlər alıb.
Bildirilib ki, qəzaya uğrayan avtomobildə İsrail ordusunun Şimal Komandanlığının rəisi general-mayor Ori Qordin və digər general-mayor, Mərkəzi Komandanlığın rəhbəri Avi Blut olub.
Ordu bildirib ki, hadisə İsrail ordusunun hazırda quru əməliyyatı keçirdiyi Livanın cənubunda operativ patrul zamanı baş verib.