...

Gimnastlarımız "Beyond the Sky” turnirində 6 medal qazanıblar

İdman Materials 7 Dekabr 2024 01:17 (UTC +04:00)
Gimnastlarımız "Beyond the Sky” turnirində 6 medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yığması Özbəkistanın Daşkənd şəhərində keçirilən batut gimnastikası üzrə yarışda uğurlu nəticə eldə edib.

Trend-in məlumatına görə, gimnastlarımız dekabrın 3-də start götürən "Beyond the Sky" turnirində 6 medal qazanıblar.

Millimizin üzvləri iki qızıl, bir gümüş və üç bürünc medal qazanıblar. Şəxsi yarışlarda Əli Niftəliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ammar Baxşalıyev ikinci, Samirə Hüseynova isə üçüncü olub.

Sinxron proqramda Şəfiqə Hümbətova-Ayan Şabanova cütü qızıl medal qazanıb. Nicat Mirzəyev-Amil Abbasov və İbrahim Mustafazadə-Fərhad Mustafayev bürünclə kifayətləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti