...

Batut gimnastikası üzrə 8-ci və Tamblinq üzrə 20-ci Ölkə birinciliyi və Bakı çempionatı keçirilir (FOTO)

İdman Materials 7 Dekabr 2024 13:13 (UTC +04:00)
Batut gimnastikası üzrə 8-ci  və Tamblinq üzrə 20-ci Ölkə birinciliyi və Bakı çempionatı keçirilir  (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Batut gimnastikası üzrə 8-ci Ölkə birinciliyi və Bakı çempionatı, Tamblinq üzrə 20-ci Ölkə birinciliyi və Bakı çempionatı keçirilir

Trend xəbər verir ki, 7dekabr Milli Gimnastika Arenasının köməkçi zalında Bakıda Batut gimnastikası üzrə 8-ci Ölkə birinciliyi və Bakı çempionatı, Tamblinq üzrə 20-ci Ölkə birinciliyi və Bakı çempionatı start götürüb.

Yarışda batut gimnastikası üzrə fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları,Tamblinq üzrə uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə idmançılar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti