...

“Beşiktaş” “Fənərbağça”nı məğlub edib

İdman Materials 7 Dekabr 2024 22:24 (UTC +04:00)
“Beşiktaş” “Fənərbağça”nı məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Superliqasında XV turun mərkəzi oyunu baş tutub.

Trend xəbər verir ki, İstanbul derbisində “Beşiktaş” və “Fənərbağça” komandaları üz-üzə gəlib. “Beşiktaş Park” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qələbənin yeganə qolu 73-cü dəqiqədə Çiro İmmobile tərəfindən vurulub.

Bu nəticə ilə “Beşiktaş” xallarını 25-ə çatdıraraq 4-cü sıraya yüksəlib. “Fənərbağça” isə 32 xalla 2-ci yerdə qərarlaşmaqda davam edib.

Xəbər lenti

Xəbər lenti