...

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası növbəti mövsüm üçün heyətini formalaşdırmağa başlayıb

İdman Materials 9 Dekabr 2024 22:56 (UTC +04:00)
Azərbaycan Bodibildinq və Fitnes Federasiyası növbəti mövsüm üçün heyətini formalaşdırmağa başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası növbəti mövsümün heyətini formalaşdırmağa başlayıb.

Trend xəbər verir ki, təşkilatın İcraiyyə Komitəsi qarşıdakı Avropa çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirəcək. Heyətdə tanınmış idmançılarla yanaşı, gənc idmançılarının da yer alması gözlənilir.

Azərbaycan yığması 2024-cü ildə beynəlxalq arenadakı çıxışını başa vurub. Mövsüm ərzində komandamız iki böyük yarışda uğurlu nəticələrlə ölkəmizi təmsil edib.

Santa-Sussanada keçirilən Avropa çempionatında böyük uğur

Azərbaycan bodibildinqçiləri Santa-Sussanada (İspaniya) keçirilən Avropa çempionatında möhtəşəm nəticə ilə yadda qalıblar. Komanda bu yarışda 7 qızıl, 6 gümüş, 6 bürünc medal və 4 mütləq çempionluq qazanıb. Nəticədə Azərbaycan komandası ümumi komanda hesabında 1-ci yeri tutub.

Mütləq çempion olan idmançılar beynəlxalq arenada debütləri ilində bu böyük uğura imza atıblar. Təmsilçilərimizdən Pərviz Qasımov (bodibildinq), Rauf Əliyev (Muscular Men’s Physique), Fariz Nəcəfli (Men’s Physique) və gənc Aşur Abdullayev (Men’s Physique) uğurlu çıxışları ilə diqqət çəkiblər.

Dünya kubokunda da uğur qazanılıb

Azərbaycan komandası Santa-Sussanada keçirilən Dünya kubokunda da uğurlu nəticələr əldə edib. Təmsilçilər yarışda 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq böyük nailiyyətlər əldə ediblər. Elnur Allahyarlı (bodibildinq) və Fariz Nəcəfli (Men’s Physique) mütləq çempionluq qazanan idmançılar arasında yer alıblar.

Nəticələr ümumi uğura gətirib çıxıb

Yekunda Azərbaycan yığması 2024-cü ili 11 qızıl, 8 gümüş və 10 bürünc medalla başa vurub. Komandanın 6 idmançısı mütləq çempion tituluna yiyələnərək tarixi uğurlara imza atıb.

Federasiya növbəti dövrlərdə də beynəlxalq yarışlarda iştirakla Azərbaycan idmanının bayrağını yüksəkdə tutmağa davam edəcək.

Xəbər lenti

Xəbər lenti