...

"Liverpul" Çempionlar Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb

İdman Materials 11 Dekabr 2024 00:04 (UTC +04:00)
"Liverpul" Çempionlar Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turu çərçivəsində səfərdə İspaniyanın "Jirona" klubuna 1:0 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, 63-cü dəqiqədə Məhəmməd Salah penaltini qola çevirib.

“Liverpul”un 18 xalı var və turnir cədvəlinə başçılıq edir. Bu, hələ ki, heç bir xal itirməyən yeganə komandadır.

“Jirona” 3 xalla 30-cu yerdədir.

Paralel keçirilən görüşdə Xorvatiyanın "Dinamo" komandası evdə Şotlandiyanın "Seltik"i ilə heç-heçə edib - 0:0. “Seltik” 17-ci (9 xal), “Dinamo” 21-ci (8) yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti