Bakı. Trend:
Eltac Səfərli, Şimali Makedoniyanın paytaxtında keçirilən "Skopje Open-2024" şahmat turnirində ardıcıl ikinci qələbəsini qazanıb.
Trend xəbər verir ki, azərbaycanlı qrossmeyster 2-ci turda Aleksander Reprintsevlə (Ukrayna) qarşılaşıb. Səfərli rəqibini məğlub edərək, turnirin 1 nömrəli reytinq şahmatçısı olduğunu sübuta yetirib. İki turdan sonra Səfərli lider mövqeyində qərarlaşıb. Təmsilçimiz 3-cü turda yerli Emil Riteski ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış 9 turdan ibarət olacaq.