Bakı. Trend:
Almaniya Bundesliqasında 19-cu turun altı qarşılaşması baş tutub.
Trend xəbər verir ki, Münhenin "Bavariya" klubu bu turda da qalib gələrək liderliyini qoruyub.
Turnir cədvəlində "Bavariya"nı izləyən "Bayer" isə xal itirib, nəticədə komandalar arasındakı fərq 6 xala yüksəlib.
Günün nəticələri:
"Frayburq" – "Bavariya": 1:2
"Leypsiq" – "Bayer": 2:2
"Borussiya" D – "Verder": 2:2
"Auqsburq" – "Haydenhaym": 2:1
"Maynts" – "Ştutqart": 2:0
"Borussiya" M – "Bohum": 3:0