Bakı. Trend:
Misirli hücumçu Mohamed Salah, İngiltərə Premyer Liqasında legionerlər arasında ən çox qol vuran futbolçular siyahısında 2-ci yerə yüksəlib.
Trend xəbər verir ki, Salah 176-cı qolunu vuraraq Tyerri Anrini (175) geridə qoyub. Cədvələ "Mançester Siti"nin keçmiş futbolçusu Serxio Aquero başçılıq edir, argentinalı futbolçunun hesabında isə 184 qol var. Salah, Aquero'nun rekordunu üstələmək üçün daha 9 qol vurmalıdır.
Qeyd edək ki, 32 yaşlı Salah, "İpsviç"ə qarşı (4:1) keçirilən oyunda bir qol vurub. Bu mövsümdə isə onun aktivində 19 qol və 13 ötürmə var.