Bakı. Trend:
İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo "Flamenqo" ilə 3 illik müqavilə şərtlərini razılaşdırıb.
Trend xəbər verir ki, hazırda futbolçunun "Arsenal"la müqaviləyə xitam verməsi gözlənilir. Əgər London klubu onu indi buraxmasa, Jorjinyo yayda sərbəst agent kimi Braziliya klubuna qoşulacaq.
Bu mövsüm bütün turnirlərdə 20 oyunda 1 qol vuran futbolçu karyerasını Cənubi Amerikada davam etdirməyə çox yaxındır.
Qeyd edək ki, bir müddət əvvəl "Qarabağ"ın hücumçusu Juninyo Olavio da "Flamenqo" ilə müqavilə imzalayıb.