...

Yüksək Liqada II dövrənin X turu başa çatdı

İdman Materials 15 Fevral 2025 20:00 (UTC +04:00)
Yüksək Liqada II dövrənin X turu başa çatdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yüksək Liqada II dövrənin sonuncu turun oyunları keçirilib.

Trend xəbər verir ki, turun açılış matçında liqanın lideri, ən yaxın izləyicisi ilə qarşılaşıb və bu görüşdə qalib müəyyənləşməyib. Hər iki komanda üç dəfə fərqlənib.

İkinci oyunda “Şuşa” autsayder “Yasamal Bakı” ilə qarşılaşıb və meydan sahibləri 4:2 hesabı ilə məğlub olub.

Turun sonuncu oyununda isə “Araz-Naxçıvan” rəqibini darmadağın edib. “Araz-Naxçıvan” "U-19" komandasını 11 cavabsız topla məğlub edərək böyük fərqlə qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti