...

"Milan" Rafael Leaonun transfer qiymətini açıqlayıb

İdman Materials 22 Fevral 2025 05:22 (UTC +04:00)
"Milan" Rafael Leaonun transfer qiymətini açıqlayıb

Bakı. Trend:

"Çelsi"nin transfer hədəfində "Milan"ın cinah hücumçusu Rafael Leao yer alıb.

Trend-in məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Rossoneyerilər"in 25 yaşlı futbolçunu satmağa hazırlaşdığı bildirilir, çünki o, mövsüm ərzində gözlənilən səviyyədə çıxış etməyib. Leao üçün klubun 80 milyon avro tələb edəcəyi qeyd olunub.

Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsümdə 35 oyuna çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti