...

Azərbaycan millisinin baş məşqçisi Superliqa klubunun düşərgəsində olub

İdman Materials 21 Mart 2025 02:38 (UTC +04:00)
Azərbaycan millisinin baş məşqçisi Superliqa klubunun düşərgəsində olub

Bakı. Trend:

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.

AFFA-dan Trend-ə verilən məlumata görə, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.

Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar. Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti