Bakı. Trend:
Bratislavada keçirilən güləş üzrə Avropa çempionatının altıncı günündə yunan-Roma güləşçilərimizdən dördü mübarizə aparıb.
Trend xəbər verir ki, Eldəniz Əzizli (55 kq) finalda Emin Seferşayev (UWW) ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb, lakin rəqib idmançı keyfiyyətli xal prinsipinə uyğun qalib elan olunub.
İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə Yaroslav Filçakovu (Ukrayna) məğlub edib.
Murad Məmmədov (63 kq) və Beka Kandelaki (130 kq) isə medalsız qalıb.
Sabah üç yunan-Roma güləşçimiz yarımfinalda çıxış edəcək.