...

Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

İdman Materials 25 Aprel 2025 20:48 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında növbəti medallarını qazanıb.

Trend xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) üçüncü yer uğrunda görüşdə rəqiblərinə qalib gələrək bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kiloqram) və Rəşid Məmmədəliyev (73 kiloqram) bürünc medal qazanıblar.

Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti