Bakı. Trend:
FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.
Trend-in məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytında bildirilib.
Məlumata əsasən, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya-Almaniya oyununun baş hakimi olacaq. Ona finlandiyalı Olli Yantunen və xorvatiyalı Luka Pajiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolariç yerinə yetirəcək.
Qrup mərhələsinin II turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.