...

Azərbaycan millisinin basketbolçusu “Olimpiakos”a keçib

İdman Materials 19 İyul 2025 16:15 (UTC +04:00)
Azərbaycan millisinin basketbolçusu “Olimpiakos”a keçib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın “Olimpiakos” komandası heyətini yeni basketbolçu cəlb edib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin Amerikadan olan oyunçusu Donta Hall Yunanıstan təmsilçisinə keçib.

Onunla üç illik müqavilə imzalanıb. Basketbolçu son olaraq İspaniyanın “Baskonia” kollektivində çıxış edib.

Qeyd edək ki, Donta Halla 2023-cü ildə Azərbaycan vətəndaşlığı verilib.

Xəbər lenti

Xəbər lenti