Bakı. Trend:
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Belə ki, səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da, cavab matçları isə bir həftə sonra baş tutacaq.
“Qarabağ” II təsnifat mərhələsində “Şelburn”la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə iyulun 30-da evdə keçirəcək.