Bakı. Trend:
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibləri məlum olub.
Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsini adlaya bilməsə, “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda baş tutacaq.