...

“Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxacaq

İdman Materials 12 Avqust 2025 10:47 (UTC +04:00)
“Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Trend xəbər verir ki, Azərbaycan çempionu Bakıda Şimali Makedoniyanın “Şkendiya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Şimali Makedoniyada keçirilmiş ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Çempionlar Liqasında mübarizəni dayandıran tərəf isə Avropa Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti