Bakı.Trend:
“Karvan-Yevlax” növbəti transferini həyata keçirib.
Trend xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, Portuqaliya əsilli qapıçı Pedro Mateus ilə 1 illik müqavilə imzalanıb.
28 yaşlı futbolçu son olaraq Portuqaliyanın “Feyrense” klubunun formasını geyinib.
Pedro Mateus San-Tome və Prinsipi millisinin üzvüdür.