...

“Qarabağ” dünya reytinqində irəliləyib

İdman Materials 12 Noyabr 2025 11:59 (UTC +04:00)
“Qarabağ” dünya reytinqində irəliləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Trend xəbər verir ki, siyahıya ümumilikdə 502 klub daxil edilib. Azərbaycan çempionu “Qarabağ” 192,25 xalla 17 pillə irəliləyərək 82-ci yerdən 65-ci sıraya yüksəlib.

Digər Azərbaycan klubları da reytinqdə irəliləyiş əldə ediblər. Belə ki, “Sabah” 296-cı mövqedən 276-cı yerə, “Araz-Naxçıvan” 391-ci yerdən 390-cı sıraya, “Zirə” isə 407-ci pillədən 387-ci mövqeyə qalxıb.

IFFHS-nin cədvəlinə PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin “Real Madrid”, “Çelsi”, “İnter” və “Bavariya” klubları yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti