Bakı. Trend:
İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" komandası səfərdə "Bornmut"a 2-3 hesabı ilə məğlub olub.
Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları Evanilson (26-cı dəqiqə), Alexandro Ximenes (33) və Amin Adli (90+5) vurublar. "Liverpul"un heyətində Vircil van Deyk (45) və Dominik Soboslayi (80) fərqləniblər.
Beləliklə, "Bornmut" "Liverpul"un bütün turnirlərdə 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoydu.