...

“Saxo Bank” səhm portfelini genişləndirir

İqtisadiyyat Materials 7 Sentyabr 2016 14:38 (UTC +04:00)
Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" müstəqil tədqiqatlar üzrə aparıcı tədarükçü olan “Morningstar Investment Management Europe Ltd.” ilə birlikdə "Saxo Bank" müştəriləri üçün mövcud investisiya strategiyaları spektrini genişləndirir.
“Saxo Bank” səhm portfelini genişləndirir

Bakı. Trend:

Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" müstəqil tədqiqatlar üzrə aparıcı tədarükçü olan “Morningstar Investment Management Europe Ltd.” ilə birlikdə "Saxo Bank" müştəriləri üçün mövcud investisiya strategiyaları spektrini genişləndirir.

Bankdan Trend-ə verilən məlumata görə, əməkdaşlıq "Saxo Bank"a real dəyərindən aşağı qiymətləndirilən, lakin eyni zamanda keyfiyyətli səhmlərə insvestisiya yatırımı strategiyalarına əsaslanmış yeni investisiyaları öz çeşidinə əlavə etməyə imkan yaradacaq. Yeni investisiyalara çıxış “SaxoSelect” xidməti vasitəsi ilə həyata keçiriləcək.

“Saxo Morningstar MOAT® Portfolio” adlanan yeni portfel ətraflı düşünülmüş və əlverişli 30 yüksək keyfiyyətli səhmin ticarətinə investisiya yatırmağa yol açır. O, “Morningstar’s Economic MoatTM” reytinq metodikası və bazarda düzgün qiymətləndirilməyən səhmləri aşkar etməyə yönəlmiş dəyər qiymətinin tədqiqatının nəticələri əsasında yaradılıb.

“Saxo Morningstar MOAT® Portfolio” – Avropada “Morningstar” analitikləri tərəfindən müəyyən edilmiş “Wide” və ”Narrow Moat” reytinqinə malik şirkətlərin səhmlərinə investisiya yatırmağı təklif edən ilk portfel məhsuldur. Onun köməyi ilə “Saxo Bank” müştəriləri portfel çərçivəsində hər səhm haqqında ətraflı məlumat ala biləcək və “SaxoTraderGO” platformasında real vaxt rejimində şəffaf investisiya mühiti vasitəsilə bütün mövqelərə nəzarət etmə imkanı qazanacaq.

Portfel üçün səhmlər 33 birjadan seçilir. “Morningstar”ın analitiklərinin fikrincə, bu siyahıya yalnız davamlı rəqabət üstünlüyünə və rəqiblərini keçmək üçün yüksək şanslara malik və ən azından 10 il (”Narrow Moat”), yaxud 20 il (”Wide Moat”) ərzində yüksək gəlir gətirə biləcək şirkətlər əlavə edilir. Daha sonra səhmlər əsaslı təhlil olunaraq dəyərləndirilir və nəticədə onların ədalətli qiyməti müəyyənləşdirilir. Portfelə yalnız öz ədalətli qiymətinə nisbətən əhəmiyyətli güzəştlə alqı-satqıya çıxarılan səhmlər daxil edilir.

İlk öncə investisiyalar eyni payda yatırılır, lakin hər rübün sonunda “Morningstar”ın analitikləri portfelin dinamikasını dəyərləndirir, “Saxo Bank” isə lazım olduqca onu balanslaşdırır. Dəyişdirilən səhmlərin sayını və bununla da ticarət xərclərini azaltmaq üçün səhmlər portfeldə yalnız o zaman dəyişir ki, alternativ alətin qiyməti və ədalətli dəyəri portfeldəki cari aktivdən 25% daha yüksəkdir. Eyni zamanda. əməliyyat xərclərini minimuma endirmək üçün əsas əmsalların balanslaşdırılmaşı həyata keçirilir.

“İnvestisiyaların tədqiqi və idarə olunması sahəsində qabaqcıl texnologiyalarımızı “Morningstar” analitik ekspertizası ilə birləşdirərək müasir investor üçün cəlbedici qiymətə unikal strategiya yaratdıq. Maliyyə bazarında vasitəçi olaraq “Morningstar”ın özünü müsbət şəkildə tanıtmış tədqiqatlarını real investisiya imkanlarına çevirmək imkanı ilə qürur duyuruq. “SaxoSelect” təklifinin əsasında texnologiya aktivlərinin idarə olunmasını qəti şəkildə dəyişdirə bilmək əminliyimiz durur. Bu sahə yeni qərarlar üçün çoxdan hazırdır. Texnologiyalara çıxış, şəffaflıq tələbləri və effektivliyə diqqət insanlarda öz vəsaitlərinin idarə edilməsinə olan yanaşmanı dəyişəcək”, - deyə “Saxo Bank”ın həmtəsisçisi və baş direktoru Kim Furne bildirib.

“Morningstar Investment Management Europe Ltd.”nin icraçı direktoru Saymon Evan qeyd edib: “Texniki inkişaf şirkətlərə müxtəlif iştirakçıların güclü tərəflərini birləşdirməyə və miqyasdan üstünlük əldə etməyə kömək edərək investisiya landşaftını dəyişməyə davam edir. “Saxo Bank”la əməkdaşlığımız səhm bazarında həyata keçirilən tədqiqatımızı rahat və effektli portfelə çevirir və onu geniş kütlə üçün açıq edir”.

Bu il yaradılmış “SaxoSelect” avtomatlaşdırılmış ticarət və investisiyalar üzrə tam rəqəmsal olan bir xidmətdir və “Saxo Bank” müştərilərinə təqdim olunmuş strategiyalar çeşidini birbaşa ticarət platformasından istifadə etməyə imkan yaradır. “Saxo Morningstar MOAT® Portfolio” portfeli ilə yanaşı “SaxoSelect” iki tip investisiya portfeli təklif edir: “iShares ETFs” üzərində qurulmuş balanslaşdırılmış portfellər və təcrübəli investorlara yönəlmiş aktiv ticarət strategiyaları.

“Saxo Morningstar MOAT® Portfolio” ilkin olaraq “SaxoSelect” müştərilərinə Skandinaviya ölkələri, Niderland, İtaliya və bütün Mərkəzi və Şərqi Avropada açıq olacaq.

Ətraflı məlumat üçün: http://cy.saxobank.com/campaigns/equity-portfolios.

”Morningstar Investment Management” haqqında:
”Morningstar Investment Management” şirkətlər qrupunun investisiya-məsləhət bölmələri özündə mükafatlara layiq görülmüş tədqiqatlar və ”Morningstar”ın məlumatlarının qlobal resurslarını birləşdirən həllər yaradır. 185 milyard dollar dəyərində səhmə malik olan”Morningstar Investment Management” təqaüd planları və investisiyaları haqqında kompleksli məsləhətlər təqdim edir, maliyyə institutları, sponsorlar və məsləhətçilər üçün investisiya portfellərinin idarə olunması üzrə xidmətlər göstərir. Avropa regionunda sadalanan xidmətləri Maliyyə Tənzimləməsi və Nəzarəti üzrə İdarə tərəfindən tənzimlənir.

“Saxo Bank” haqqında:
“Saxo Bank Group” (“Saxo”) şirkətlər qrupu özəl investor və korporativ müştərilərə investisiyalar, ticarət texnologiyaları, maliyyə alətləri və strategiyaların tam spektrini təklif edərək kompleksli onlayn ticarət və investisiyalar sahəsinin aparıcı mütəxəssisidir. 25 ilə yaxındır ki, öz texnologiyası və təcrübəsi sayəsində “Saxo Bank” özəl investor və institutlara peşəkar investisiya alətləri və bazarlarına çıxış yaradır. Tam lisenziyalı və idarə olunan bank kimi “Saxo Bank” özəl müştərilərinə dünya maliyyə bazarlarında müxtəlif cihazlar ilə yeganə marjinal hesab vasitəsi ilə aktivlərin geniş spektrilə ticarət etmək imkanını yaradır. Bununla yanaşı, “Saxo Bank” institusional müştərilərə, məsələn, banklara və yaxud multi-aktiv icrası ilə brokerlərə praym-broker xidmətləri və ticarət texnologiyaları təklif edir. “Saxo Bank”ın mükafata layiq görülmüş ticarət platformaları 20-dən çox dildə mövcuddur. Onlar bütün dünyada 100-dən artıq maliyyə institutunun texniki infrastruktur təməlini təşkil edir. “Saxo Bank”ın əsası 1992-ci ildə qoyulub və bankın mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. Bankın London, Sinqapur, Paris, Sürix, Dubay və Tokio kimi dünya maliyyə mərkəzləri daxil ümumilikdə 1 500-dən çox işçisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti