...

“The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçiriləcək

İqtisadiyyat Materials 15 Sentyabr 2016 12:17 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 21-də “The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçiriləcək.

Layihə “Excelsior Hotel Baku” otelinin dəstəyi, FMS Models moda agentliyi və “Baku Fashion Night” təşkilatının dəstəyi ilə keçiriləcək.

“Excelsior Hotel Baku”dan Trend-ə verilən məlumata görə, tədbir “Excelsior Hotel Baku” otelinin “Afurja” banket zalında keçiriləcək. “The Most Stylish One” adlı layihə yerli modelyer-dizaynerlərə və moda ilə maraqlana auditoriyaya dəstək məqsədilə təşkil edilib. Layihə ildə iki dəfə mövsümü olaraq fevral və sentyabr aylarında keçirilir.

İlk dəfə 19 fevral 2016-cı ildə keçirilmişdir və dizaynerlər və moda sevənlər tərəfindən böyük maraqla qarşılanıb. Layihədə moda evlərinin iştirakçı dizaynerləri tərəfindən mövsümün yeni trendləri nümayiş olunacaq və tədbirdə yeni Azərbaycan dizaynerlərinin adları elan olunacaq. Tədbirə modelyerlərdən Günay Quliyeva, Ülkər Hüseynova, paltarlar üzrə dizayner və stilist Sehri Rəhimova, modelyer-dizayner Gülüm Əsəsdullayeva, Fatimə Kəngərli, Sevinc Rzayeva, Nərgiz Muxtarova, brend Fashion Lab iştirak edəcəklər.

“Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti