...

Niyə SOCAR istiqrazı?

İqtisadiyyat Materials 23 Sentyabr 2016 12:48 (UTC +04:00)
Əgər dollar vəsaitiniz heç bir gəlir gətirmədən (bank seyfi və ya evdə) yerləşdirilibsə, Sizə SOCAR istiqrazlarını almağı tövsiyə edirik.
Niyə SOCAR istiqrazı?

Bakı. Trend:

Əgər dollar vəsaitiniz heç bir gəlir gətirmədən (bank seyfi və ya evdə) yerləşdirilibsə, Sizə SOCAR istiqrazlarını almağı tövsiyə edirik. SOCAR investisiya şirkətləri vasitəsilə əlavə likvidlik vermək (market meyker kimi çıxış etmək) öhdəliyi götürüb. Yəni Siz istənilən vaxt istiqrazları SOCAR-a geri və ya belə vəziyyətdə digər investorlara sata bilərsiniz. Gəlir gətirməsini istisna etsək də belə, bura vəsaitinizi qoruyub saxlamaq üçün ən yaxşı yer olacaq.

Əsas məqam ondan ibarətdir ki, istiqrazları birinci fiziki şəxslər 100 000 ABŞ dollarınadək ala bilər. Nəzərə alsaq ki, bu istiqrazlar banklar üçün ən maraqlı investisiyalardan biridir, təkrar bazarda istiqrazları 5%-lə tapıb almağın ehtimalı çox deyil. Odur ki, vaxtında addım atıb 10 oktyabr 2016-cı il tarixinədək bizə müraciət edin ki, Sizin üçün istiqrazları alaq.

Sitat: “Burada zərər yoxdur.” Rövnəq Abdullayev

SOCAR tərəfindən Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətlərinin sırasında ilk layihə olaraq bu il sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılıb. Satış üçün son tarix bu il oktyabrın 10-na təyin edilib. Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır.

AzFinance investisiya şirkəti heç bir komissiya haqqı olmadan “SOCAR İstiqrazlarını” əldə etməyə Sizə imkan yaradır.

Niyə SOCAR İstiqrazı?

1. Etibarlıdır, Azərbaycanın ən böyük şirkəti və dövlət qurumu olan SOCAR tərəfindən buraxılmışdır.
2. SOCAR zəmanəti ilə yüksək gəlirlilik təklif edir.
3. Likviddir, asanlıqla pula çevrilə bilir.
4. Vətəndaşlarımız üçün vergidən azaddır.
5. SOCAR mənfəətlərinin Azərbaycan vətəndaşları ilə bölüşdürülməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti