Bakı. Trend:
Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməz saxlayıb.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, uçot dərəcəsi 0,25-0,5% səviyyəsində qalıb.
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.