...

SOCAR istiqrazları 1025 dollara yüksəldi

İqtisadiyyat Materials 3 Noyabr 2016 14:42 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının alğı-satqısı davam edir.
SOCAR istiqrazları 1025 dollara yüksəldi

Bakı. Trend:

Bakı Fond Birjasında (BFB) nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının alğı-satqısı davam edir. Trend-in məlumatına görə, bu gün SOCAR itiqrazlarını əldə etmək istəyənlər üçün satış qiyməti 1017.08 ABŞ dollarından baş tutub.

Bu qiymət istiqrazların nominal dəyəri olan 1000 ABŞ dollarından ▲1.71% yüksəkdir. SOCAR istiqrazları sahibinə ilk 3 ayın sonunda qazandıracağı 12,50 ABŞ dollarının üzərinə çıxaraq, 1017.08 dollardan satılıb. SOCAR istiqrazlarını bu gün almaq istəyənlər üçün satış qiyməti 1025 ABŞ dolları təşkil etməkdədir. Aldıqları istiqrazları satmaq istəyənlər isə həmin istiqrazları ən azı 1010 ABŞ dolları qiymətinə marketmeyker “PSG Kapital”a sata bilərlər.

18 oktyabr-2 noyabr tarixləri aralığında BFB-də SOCAR istiqrazları üzrə 5 135 775.44 ABŞ dolları məbləğində alış-satış əməliyyatı baş tutub.

Qeyd edək ki, SOCAR istiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti