İqtisadiyyat naziri Serbiyada avtomagistralın açılışında iştirak edib (FOTO)

İqtisadiyyat naziri Serbiyada avtomagistralın açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Bu gün Serbiyada Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq tikilmiş avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 mln. avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın “AzVirt” şirkətidir.

Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən “Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır” lövhəsi yerləşdirilib.

Açılış mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı aparılmış məhsuldar danışıqlar və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır, Azərbaycan Respublikasının Prezidenti Serbiya ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycan-Serbiya əlaqələrinin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. İndiyədək Komissiyanın 4 iclası keçirilib və bu iclaslar çərçivəsində əldə edilən razılıqlar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, ətraf mühit və s. sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.

Nazir Şahin Mustafayev ötən müddətdə ticarət, investisiya sahələrində əhəmiyyətli işlərin görüldüyünü, biznes forum və s. tədbirlərin keçirildiyini, Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının fəaliyyətə başladığını qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün Azərbaycan və Serbiya birgə müəssisələr yaratmaqla yeni bazarlara çıxa və işgüzar əməkdaşlığı genişləndirə bilərlər. Bundan başqa, Azərbaycan şirkətləri Serbiyada həyata keçirilən özəlləşdirmə prosesində, dövlət-özəl tərəfdaşlığı əsasında infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.

Ölkələrimiz arasında humanitar sahədə də önəmli layihələr həyata keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi zəngin və qədim tarixə malik olan Azərbaycan və Serbiya xalqları arasında körpü rolunu oynayır və humanitar sahədə əməkdaşlığımıza öz töhfəsini verir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir sıra sosial obyektlərin - Belqradda “Taşmaydan parkı”, “Bayraqlı cami” məscidi, Novi Sad şəhərində “Müqəddəs Petki” kilsəsi, Novi Pazarda Mədəniyyət Mərkəzinin təmir-tikinti işləri həyata keçirilib. Bundan başqa, Novi Sad şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun memorialı yaradılıb, Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün açılışı olan “11-ci dəhliz” avtomagistralının Lyiq-Preljina hissəsi Azərbaycan-Serbiya əməkdaşlığının gözəl nümunələrindəndir və yeni layihələr üçün stimuldur.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç, baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç çıxışlarında layihənın Serbiya-Azərbaycan əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına və bu gün açılışı olan avtomagistralın tikintisinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Sonra Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışını əks etdirən lenti kəsib və xatirə lövhəsini açıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Serbiyaya səfər zamanı Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Serbiyanın baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç və Serbiyanın İqtisadiyyat naziri Goran Knezeviçlə görüşüb. Görüşlərdə hər iki ölkədə qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi, Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyi, əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
“Azərişıq”da enerji üzrə texniki itkilər açıqlanıb
“Azərişıq”da enerji üzrə texniki itkilər açıqlanıb
BMT və Britaniya 12 dekabrda iqlimə dair sammit keçirməyi planlaşdırır
BMT və Britaniya 12 dekabrda iqlimə dair sammit keçirməyi planlaşdırır
Loading Bars
Xəbər lenti
Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Böyük Britaniya bir sıra ölkələrdən gələnlərə yenidən karantın tətbiq edəcək
Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərinə aydınlıq gətirdi
“Azərbaycan görüntü xatirinə danışıqlarda iştirak etməyəcək” – “Hədəf”də TƏHLİL
Sentyabrın 25-i üçün teledərslərin cədvəli açıqlanıb
Bakıda mənzildən iki qadın meyiti tapılıb
İsveçdə Böyük Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf aşkar edilib
BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini davam etdirir
Yeni dövrü başlayan Balaxanı: Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildirirlər (VİDEO)
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb
Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib (FOTO)
“Aqroservis”: Azərbaycanda gübrə çatışmazlığı yoxdur
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Kənd Təsərrüfatı naziri Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb (FOTO)
YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır
Ermənilər Azərbaycana qarşı təxribatları davam etdirir: Saxta paylaşımlarla Türkiyə-Azərbaycan əlaqələrinə "çamur atılır" (FOTOFAKT)
Prokurorluq Nərimanovdakı qətllə bağlı məlumat yaydı
Azərbaycan nefti bahalaşıb
DİM pandemiya dövründə həyata keçirilən tədbir və fəaliyyətləri açıqlayıb
Ombudsmanın Milli Preventiv Qrupu Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib
PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir
HHQ-nin təlim-döyüş uçuşları keçirilir (FOTO/VİDEO)
Ceyhun Bayramov Gürcüstan Parlamentinin Sədr müavini ilə görüşüb (FOTO)
Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü
BMT-nin Baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
DİM sədri: Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir
Xarici işlər naziri: Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub (FOTO)
Gəncədə Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb (FOTO)
ÜST koronavirus haqqında şayiələrin təhlükəsi barədə xəbərdarlıq edib
Azərbaycanda ilk borc fondu təsis edilib
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik
Dövlət Turizm Agentliyinin və AQTA-nın səlahiyyətləri artırılıb
Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək - DİM sədrindən AÇIQLAMA
Sentyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb (FOTO)
Pərvin Kərimzadə: Ölkə Prezidenti qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı
Ali məktəblərdə boş qalan yerlərin sayı açıqlandı
İqtisad Universitetinin bir qrup əməkdaşı fəxri ad və ordenlərlə təltif edildi
Bu rayonda koronavirusa yoluxan 48 aktiv xəstə var - 11 nəfər isə dünyasını dəyişib
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
İqtisad Universitetinin professoru Əli Həsənova Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
Pakistan səfiri: Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO)
Yüksək balla ali məktəbə qəbul ola bilməyənlərin sayı açıqlandı
Ceyhun Bayramov Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb (FOTO)
Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir
Deputat: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir
Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfərinin yekunlarına dair məlumat yayılıb (FOTO/VİDEO)
Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi (FOTO)
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI
Məhkəmə Hüquq Şurasının növbəti iclası keçirildi
Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb (FOTO)
Korrupsiya faktına görə Sabirabad məhkəməsinin hakiminə töhmət verildi
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
Mikayıl Cabbarov: “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün böyük perspektiv vəd edir
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub (FOTO)
Bu gün 19 şagirddə koronavirus aşkarlanıb
“Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Azərbaycanda Elektron Su Portalı istifadəyə verilib (FOTO)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hesabat verdi (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib
Qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib
Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir
Səhiyyə Nazirliyinin şöbə müdiri pandemiya dövründə təhsil müəssisələrindəki vəziyyətdən danışıb
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb (FOTO)
Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirilib (FOTO/VİDEO)
Mikayıl Cabbarov: “AzerGold” istiqrazları vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacaq (FOTO)
LafargeHolcim elmi əsaslı hədəflərlə Sıfır Emissiya Öhdəliyi imzalayıb
Bakıdakı qurumuş ağaclar götürülməsə, digər ağaclara da xəstəlik keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanda İLK olan layihənin icrasına harda başlanılıb? (FOTO)
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
Silk Way Group MAA ilə birlikdə təyyarələrin istismarı üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirir
Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb
Bakının mərkəzində böyük ilan peyda oldu (FOTO/VİDEO)
Azərbaycandan Qazaxıstana ümumilikdə 446 nəfər yola salınıb
Ermənistanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalıdır
“LUKOYL-Azərbaycan” açıq tender elan edir
Bu il Bakıda daha 14 yol kəsişməsində sarı torlar çəkiləcək
Sabah 29 dərəcəyədək isti olacaq
Suriyadan Qarabağa erməni silahlıları gətirilib
Mikayıl Cabbarov Daşkəsən rayonuna gedib
Avtomobil yollarının təmiri və tikintisinə vəsait ayrılıb - Sərəncam
Zalkaliani: BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir
Deputat: Paşinyanın komandası Soros və digər təşkilatların nümayəndələrindən ibarətdir
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb (FOTO)
Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO)
Bakı Limanı ərazisində 16200 şəxs COVİD-19-a qarşı test olunub
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
Xətai rayonunda 5 küçə təmir olunub (FOTO)
Turizm eksperti: Təyyarə biletlərinin qiymətində endirimlər müşahidə olunur
Bu il Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub
Bütün xəbərlər