...

18 əmlak özəlləşdirilib (FOTO)

İqtisadiyyat Materials 15 Noyabr 2016 11:37 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin noyabrın 15-də keçirdiyi hərrac rəqabətli olub.
18 əmlak özəlləşdirilib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin noyabrın 15-də keçirdiyi hərrac rəqabətli olub.

Bu barədə Trend-ə Komitədən verilən məlumatda bildirilir.

Bildirilir ki, hərracda 18 əmlak özəlləşdirilib. Bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub. Hərrac nəticəsində dövlət büdcəsinə 1,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.

Qeyd edək ki, bu dəfəki hərrac da rəqabətli şəkildə keçib. Bir neçə qeyri-yaşayış sahəsinə verilən sifarişlərin çoxluğu səbəbindən bu əmlakların satışı üzrə hərraclar rəqabətli olub və ən yüksək qiyməti təklif edən qalib elan edilib. Hərracların rəqabətli şəraitdə keçməsi bir daha investorların və potensial alıcıların belə hərraclara olan yüksək marağının əyani göstəricisidir.

Hərraca çıxarılan əmlaklar barədə elanlar və təfərrüatlı məlumatlar komitənin Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Əmlaka sifariş vermək istəyən vətəndaş portala daxil olaraq əmlak barədə foto, mətn və xəritə məlumatları ilə tanış ola və elektron sifarişini verə bilər. Hərraclar barədə elanlar, həmçinin komitənin mütəmadi yenilənən rəsmi internet səhifəsində və facebook hesabında da ictimaiyyətə açıqlanır. Bu informasiya resurslarını izləməklə hər həftə hərraca çıxarılan əmlaklarla rahat və çevik şəkildə tanış olmaq mümkündür.

Hərrac açıq və şəffaf şəraitdə, vətəndaşların və media nümayəndələrinin müşahidəsi ilə keçirilib. Onlar hərracın gedişatını əyani görməklə yanaşı, hərrac zalındakı monitorlarda regionlarda davam edən hərracları da izləyə bilib. Hərracda satılmış istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Hərracda Bakı şəhəri Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda, 12 min 500 manata özəlləşdirilib. Hərracda satılmış 2 kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdə yerləşir.

Hərracda özəlləşdirilmiş “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələrdir. Hərracda özəlləşdirilmiş digər iri müəssisə isə Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub. Qeyd edək ki, özəlləşdirilmiş müəssisələrə investisiya qoyuluşu sayəsində bu müəssisələrin tamamilə yenidən qurulması və müasir standartlara uyğun tam fəaliyyəti təmin ediləcək.

Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.

Növbəti belə hərrac 22 noyabrda keçiriləcək və 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb. Bu tarixdə keçiriləcək hərracla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=863

Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti