...

Bakı limanının tikintisi ilə bağlı YENİ XƏBƏR (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 21 Noyabr 2016 17:15 (UTC +04:00)
Ələt qəsəbəsində yeni Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin birinci mərhələsi 2017-ci ilin sonunadək başa çatacaq
Bakı limanının tikintisi ilə bağlı YENİ XƏBƏR (FOTO) (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 14:21-də yayılıb

Bakı. Maksim Tsurkov - Trend:

Ələt qəsəbəsindəki Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin birinci mərhələsi 2017-ci ilin sonunadək başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, birinci mərhələ başa çatdıqdan sonra liman sutkada 1280 ton yük qəbul edəcək.

Liman direktoru qeyd edib ki, tikinti işləri 3 mərhələdən ibarət olacaq. 3-cü mərhələdən sonra Ələt Limanı sutkada 7600-dən çox yük qəbul etmək imkanına malik olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında azad ticarət zonasının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-in tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti