...

Azərbaycan və Rusiya dəmiryolçuları Moskvada görüşüblər

İqtisadiyyat Materials 8 Dekabr 2016 16:04 (UTC +04:00)
Dekabrın 8-də Rusiya Federasiyasının Moskva şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.
Azərbaycan və Rusiya dəmiryolçuları Moskvada görüşüblər

Bakı. Trend:

Dekabrın 8-də Rusiya Federasiyasının Moskva şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata gröə, görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər, İran İslam Respublikası ərazisində Astara-Rəşt xəttinin tikintisi layıhəsi, bu dəhlizə gələcəkdə əlavə yüklərin cəlb edilməsi, Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin aşağı tariflərlə daşınması barədə Azərbaycan tərəfinin təklifi, Azərbaycan və Rusiya Dəmir Yolları arasında beynəlxalq yük və sərnişin daşımaları üzrə qarşılıqlı hesablaşmaların hazırkı vəziyyəti və tənzimlənməsi müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək bildirib ki, “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncamdan sonra işlər daha da sürətləndirildi. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başlaması ölkələrimiz arasında hərtərəfli əlaqələrinin genişləndirilməsinə səbəb olacaq. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi artıq başa çatıb, Astara çayı üzərindəki körpüyə kimi sınaq reysi edilib. Körpüdə də son tamamlama işləri görülür.

“Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti