“Aura” sağlamlığının qədrini bilənlər üçün ideal məkandır (FOTO)

“Aura” sağlamlığının qədrini bilənlər üçün ideal məkandır (FOTO)

Bakı. Trend:

“Aura” sağlamlıq mərkəzi sağlamlığının və istirahətinin qədrini bilən hər kəs üçün ideal məkandır.

Ötən həftə sonu Bakıda yerləşən “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzinin xidmətlərindən yararlanmaq imkanı əldə etdik. Bu barədə təəssüratlarımızı oxucularla bölüşmək maraqlı olardı.

Heydər Əliyev prospekti, 2 ünvanında fəaliyyət göstərən 5+ ulduzlu “Excelsior Hotel Baku”nun turizm sektorunun inkişafında özünəməxsus yeri var. Şəhərin işgüzar mərkəzinin yaxınlığında yerləşən “Excelsior Hotel Baku”dan biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə buradan sadəcə 10 dəqiqəlik məsafədədir.

“Shuttle” xidməti göstərən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər otelə və eləcə də “Aura”ya gələn qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlamaqla hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

“Aura” sağlamlıq mərkəzinə daxil olduqda isə tamamilə xoş aura ilə əhatələnmiş olursunuz. Belə ki, burada olduqca yüksək səviyyəli istirahət etmək və idmanla məşğul olmaq üçün hər cür imkanlar yaradılıb. Mərkəz səhər saat 06.00-dan axşam saat 22.00-22.30-a qədər fəaliyyət göstərir. Bu müddət ərzində müştərilər istədikləri kimi istirahət edə və idmanla məşğul ola bilərlər. Mərkəzə gələnlərə dəsmallar, xalat, nəleyin və kosmetik vasitələr verilir. Mərkəzdə tam təmizlik, səliqə, komfort hakimdir. Mehriban, qayğıkeş xidməti personal isə işinin öhdəsindən peşəkarca gəlir.

Məlumat üçün bildirək ki, “Aura” Sağlamlıq Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetrdən artıqdır. Mərkəz 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə istirahət otaqları yerləşir. Qadınlar və kişilər üçün bu otaqlar ayrı-ayrılıqda nəzərdə tutulub. Bu mərtəbədə qadın və kişilər üçün ayrı-ayrılıqda sauna, türk hamamı, duş kabinələri, bağlı yerdə olimpiya standartlarına uyğun üzmə hovuzu, həmçinin açıq mərtəbədə, mərkəzin həyətində açıq yay hovuzu fəaliyyət göstərir. İçəridəki hovuzun uzunluğu 25 metr, dərinliyi 1 metr 70 santimetrdir. Burada müştərilər üzgüçülük dərsləri keçən peşəkar məşqçi xidmətindən də yararlanırlar.

İkinci mərtəbədə yerləşən geniş fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Yüksək texnologiya ilə təchiz edilmiş fitness zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün çoxlu sayda müasir trenajorlar quraşdırılıb. Trenajorlar o qədər çox və zal o qədər geniş və rahatdır ki, burada idmanla məşğul olmaq üçün hər hansı növbə gözləməyə ehtiyac yoxdur. Hər bir üzv və ya qonaq vaxt itirmədən istədiyi trenajordan rahatca yararlana bilir. Bu baxımdan “Aura”nın fitness zalı idmanla məşğul olmaq və sağlamlığı gücləndirmək üçün ideal məkandır. Bundan başqa, qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa bilirlər. Həmin mərtəbədə boks zalı fəaliyyət göstərir və orada peşəkar məşqçi tərəfindən boks dərsləri keçilir.

Üçüncü mərtəbədə isə cədvələ uyğun yoqa, pilates, aerobika dərsləri keçilir. Yoqa müəllimi çox peşəkar və tanınmış mütəxəssisdir. Ondan dərs almağa xeyli sayda xanımlar gəlirlər. Həmçinin, bel ağrıları və xəstəlikləri olan xanımlar da müalicə almaq üçün yoqaya müraciət edir. Bu isə artıq müalicəvi yoqadır. Burada açıq tennis və qapalı skvoş kortundan əlavə stolüstü tennis var. Bütün bunların hamısı bir yerdə 5 ulduzlu hotellərin SPA mərkəzlərində yoxdur. Daha bir unikallıq isə burada açıq hovuzların olmasıdır ki, bu da əksər 5 ulduzlu otellərdə yoxdur. Hoteldə təmizlik, gigiyena və sağlamlığa ciddi fikir verilir. Hovuzların suyu tez-tez dəyişdirilir. Bu baxımdan otel sağlamlığa və təmizliyə aid ən yaxşı xidmətləri təklif edir və müştərilərin xoş və sağlam istirahət etmələrinin qayğısına qalır.

Mərkəzin Spa-otaqlarında massajın müxtəlif növləri təklif edilir. 3 xanım terapist müxtəlif massaj üsullarını peşəkarca müştərilər üçün tətbiq edir. Buraya həm istirahət, həm idman, həm də müalicəvi massajlar aiddir. Bundan başqa ekspress massaj xidməti göstərilir. Yəni yalnız beliniz ağrıyırsa, məhz bel nahiyəsi massajını sifariş vermək istəyirsinizsə, bu mümkündür. Bundan başqa, üz və dəriyə qulluq xidmətləri də göstərilir. Onu da demək lazımdır ki, mərkəzdə müştərilər müxtəlif yemək və içkilərlə, hansısa idman ləvazimatlarını əldə etməklə bağlı sifarişlər verə bilərlər. Mərkəzin daxilində yerləşən və səhər saat 8:00-dan axşam 22:00-dək açıq olan “Vitality Bar”da da müştərilərə çox gözəl salatlar, balanslı qida və vegetarian yeməkləri təklif edilir. Bu cür sadə yeməklər təzə sıxılmış meyvə suları, evdə hazırlanmış südlü kokteyllər kimi təzə inqredientlər və ekoloji təmiz, sağlıqlı alternativlərlə birlikdə verilir. Yay mövsümlərində isə “Hovuzkənarı bar”da müxtəlif qəlyanaltı və manqal yeməkləri təqdim olunur. Barın rahatladıcı atmosferində müştərilər istirahətlərini öz istədikləri kimi qura bilərlər. Bundan başqa, resepşn bölməsinin yanında fəaliyyət göstərən idman mağazasından lazımi idman ləvazimatlarını sifariş etmək olar.

Onu da öyrəndik ki, Mərkəzdə müştərilər üçün hər ay endirim aksiyaları keçirilir. Bu və digər üstün keyfiyyətlər Mərkəzin daimi müştəri kontingentinin sayını daha da artırmasını təmin edib. Çünki şahidi olduq ki, müştərilərə arzuladıqları istənilən şərait yaradılır və onların istər fərdi, istərsə də ailəvi istirahətləri yüksək səviyyədə təmin edilir. Mərkəzin həyata keçirdiyi endirim və güzəşt aksiyalarında daha çox xanımlara yer ayrılması da diqqət çəkir. Burada qadınlar, xüsusilə də uşaqlı qadınlar üçün illik üzvlük haqqı kişilər üçün olan üzvlük haqqından xeyli ucuzdur. 5 yaşadək uşaqlara isə giriş ödənişsizdir. Eləcə də uşaqlar üçün boks və üzgüçülük dərslərindən də çox yaxşı bir şəkildə yararlanmaq mümkündür, uşaqlara aid bütün xidmətlər isə endirimlidir.

Bir sözlə, “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzi sağlamlığının və istirahətinin qədrini bilən hər bir insan üçün olduqca ideal və rahat bir məkandır. Buranın şəhərin çox əlverişli və rahat gedilə bilən bir hissəsində yerləşməsi, eləcə də digər şəhər otellərində, istirahət və sağlamlıq mərkəzlərində çatışmayan bir sıra özəlliklərin, üstünlük göstəricilərinin məhz bu məkanda mövcudluğu da seçim üçün məhz “Aura”nı nişan vermiş olur...

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
Rüşvət alarkən saxlanılan şöbə müdirinə hökm oxundu
Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
"PAŞA Bank" onlayn əməliyyatlardakı problemlərlə bağlı açıqlama yayıb
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib (FOTO)
Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb
“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər "PAŞA Bank"da iş təklifi alıb
Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb
"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldilib
Sabah hava yağmursuz keçəcək
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb (FOTO)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Bakıda oğurladıqları avtomobili İsmayıllıda hissələrə ayırıb satanlar saxlanılıb (FOTO/VİDEO)
Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb
PAŞA Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib
BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır
Hesablama Palatasının əməkdaşları təltif edilib - SƏRƏNCAM
Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb
ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir - Çin
Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar
Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov
Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI
Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
16 noyabr təxribatı nəticəsində şəhid olan hərbçilərimizin ailələri sığorta ödənişi ilə təmin olunurlar
Pandemiya laboratoriyamın işini iflic etdi - Nobel mükafatçısı
Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir - Aziz Sancar (FOTO)
Helikopter qəzasında şəhid olanların ailələrinə nə qədər kompensasiya veriləcək? -AÇIQLAMA
Şamaxıda vətəndaşların icra hakimiyyətinə müraciətləri üçün elektron portal yaradılıb - RİH başçısı
Yeniyetmə qəza törədərsə, kim və necə cəzalanır?
Ombudsman Səbinə Əliyevanın İtaliyaya səfəri İtaliya və Türkiyə mətbuatında işıqlandırılıb
Azad olunmuş ərazilərdəki sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək - Sahib Ələkbərov
Myanmanın keçmiş rəhbəri həbs olunub
Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur
Vətən Müharibəsi Qəhrəmanının övladları himayəyə götürülüb (FOTO)
Qarabağda innovativ maliyyə-bank xidmətlərinin yaradılmasına start verilib
Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına dəyişiklik edib
Gələn ildən azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək bu şəxslərə vergi güzəştləri olacaq
Azad edilən ərazilərdə innovativ inkişaf üçün bir sıra istiqamətlər var - Nazir müavini
Ağdam Sənaye Parkına investorların cəlbi üçün 5 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir - Sahib Ələkbərov (FOTO)
Mərkəzi Gömrük Hospitalının həkimi omikrona qarşı mübarizə vasitələri barədə danışıb
Payızlıq əkinlərin bəyanını sürətləndirmək üçün səyyar xidmət təşkil olunub (FOTO)
Şabranda bacısını öldürən gənc tutulub
Azad olunmuş ərazilərdə 10 seysmik stansiya qurulacaq
Könül Nurullayevanın Qarabağın bərpasına dair məqaləsi 13 ərəbdilli mətbuat orqanında dərc olunub (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Sankt-Peterburqda 128 ilin rekord şaxtası olub
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etimad üçün təşəkkür edirəm - Mariana Vasileva
Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var - İran prezidenti
Rabitəbankdan ilin son kampaniyası
Cəlilabad sakini həmkəndlisini qətlə yetirib
Toylarda karantini pozan 14 nəfər cərimələnib, 1 şadlıq sarayının sahibinə cinayət işi açılıb
Həftəsonu yol qəzalarında 9 nəfər ölüb
Kəlbəcərin Keçiliqaya kəndi (VİDEO)
Mingəçevirdə oğurladığı pulla Bakıda ev kirayələyən şəxs saxlanılıb
Sınaq imtahanına qeydiyyat bu həftə başa çatır
Xarici valyutaların manata qarşı məzənnələri
Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır - Qurban Yetirmişli
Qəbiristanlıqdan məhəccərləri oğurlayan şəxslər saxlanılıb (FOTO)
Çili-Argentina sərhədi yaxınlığında güclü zəlzələ qeydə alınıb
İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü
BRİKS ölkələri Cənubi Afrikaya "omikron" ştammına qarşı mübarizədə yardım təklif edib
"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb
Çində elektrik stansiyasında baş verən yanğında 8 nəfər həlak olub
Meksikada yük maşını 15 avtomobilə çırpılıb
Putin ilə Modi iki ölkə arasında münasibətləri, Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər
Türkiyədə zəlzələ baş verib
Meksikada avtomobil piyadalara çırpılıb, 10-dan çox insan yaralanıb
ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib
Bakıda mənzildən kişi meyiti tapılıb
Etiraz aksiyası zamanı maşın nümayişçilərə çırpılıb, ölənlər var
Mir Şahinin vaxtı (VİDEO)
Lyuis Hemilton Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub
"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını demək hələ tezdir - ÜST
Türkiyə prezidenti Qətərə səfər edəcək
Rusiyanın “Kinotavr” festivalının yaradıcısı vəfat edib
MDU və BDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər (FOTO)
Azərbaycan Türkiyənin “Hürkuş” təlim təyyarəsinə maraq göstərir - Komitə rəhbəri
Xəzər dənizində zəlzələ olub
Hüseyn Cavidin yazdıqları bu gün də bütün bəşəriyyət üçün aktuallığını qorumaqdadır - Türkiyə Prezidentinin baş müşaviri
Xətai rayonunda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Rusiyada fərdi evdə yanğın nəticəsində iki azyaşlı həyatını itirib
Avstriyada qar uçqunu baş verib, ölən və yaralılar var
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla başa çatıb (FOTO)
Ərəb koalisiyası hüsilərə qarşı əməliyyat keçirib, xeyli sayda texnika və canlı qüvvə məhv edilib
Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir
Berlin polisi COVİD əleyhinə nümayişlər zamanı 58 nəfəri saxlayıb
ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 394 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb
Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib
Azərbaycanda Könüllülərinin IV Həmrəylik Forumu keçirilib (FOTO)
Azərbaycan könüllüləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Türkiyə artilleriyası İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
İranda son sutka ərzində 76 nəfər koronavirusdan ölüb
ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qalıb
Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı (VİDEO)
Gəncədə yol hərəkəti qaydalarını nümayişkəranə şəkildə pozan sürücülər saxlanılıb (FOTO/VİDEO)
Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Bütün xəbərlər