...

AZAL-dan Londonda saxlanılan təyyarə bələdçilərinin taleyi barədə açıqlama

İqtisadiyyat Materials 26 Yanvar 2017 11:58 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin həyata keçirdiyi Bakı-London reysinin Londonda saxlanılan təyyarə bələdçiləri sərbəst buraxılıb.
AZAL-dan Londonda saxlanılan təyyarə bələdçilərinin taleyi barədə açıqlama

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin həyata keçirdiyi Bakı-London reysinin Londonda saxlanılan təyyarə bələdçiləri sərbəst buraxılıb.

Bunu Trend-ə AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, iş hələ bağlanmasa da, əməkdaşlar yaxın vaxtlarda Bakıya qayıdacaqlar.

Xatırladaq ki, yanvarın 24-də AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti